Azeri Türkleri Atasözleri | |

Azeri Türkleri Atasözleri

  • Abad məclis aşığından bəllidir.
  • Abadan kənd tüstüsündən bəlli olar.
  • Abbas Abbasdan, Abbas da kor Abbasdan.
  • Abbasını bəyənməyən beş şahı çıxardar.
  • Abdaldan paşa olmaz, taxtadan maşa.
  • Abdal at mindi, özünü bəy sandı.
  • Abdal düyündən, uşaq oyundan usanmaz.
  • Abdal oynayanda qar yağar.
  • Abır harda, çörək orda.
  • Abır-həya olan yerdəbərəkət də olar.
  • Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
  • Abırlı abrından qorxar, abırsız nədən qorxar?!
  • Abırsızdan abrını saxla.
  • Ac acı aldı, acdan ləlöyün törədi.
  • Ac acı dalayar, tox toxu yalayar.
  • Ac adam özünü oda vurar.
  • Ac adamı qurd yeməz.
  • Ac ayı oynamaz.
  • Ac deyər doymaram, tox deyər acmaram.
  • Ac doğrayar, tox yeyər.
  • Ac donuz darıdan çıxmaz.
  • Ac elə bilər hamı acdır, tox elə bilər hamı toxdur.
  • Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
  • Ac hara, paxaç hara.
  • Ac it gəlmiş, tox itin dalın yalayar.
  • Ac qarına bir nəfər, nəğmə oxurmu məgər?!
  • Ac qatıq istəməz, yuxulu yastıq.
  • Ac qılınca çapar.
  • Ac qudurğan olar, çılpaq oynağan.
  • Ac qurd sürünün ortasına girər.
  • Ac nə yeməz? Tox nə deməz?
  • Ac saxla, yalavac saxla, yaxşı saxla.
  • Ac toyuq yuxusunda darı görər.
  • Ac – yanından qaç!
  • Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
  • Aca nə halal, nə haram?!
  • Acam, quyruq acıyam, bağır-örkə acı deyiləm.
  • Acdan ummaq olmaz.
  • Acı dindirmə, toxu tərpətmə.
  • Acın andı and olmaz.
  • Acın gözü çörək təknəsində olar.
  • Acın imanı olmaz, toxun amanı.
  • Acın qarnı doyar, gözü doymaz.
  • Acın qursağında çörək dayanmaz.
  • Acın zəhləsi sudan gedər.
  • Acından dəyirmana baxır, kibirliyindən şahid almır.
  • Acla əcəli gələn söyləşər.
  • Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
  • Aclıq adama oyun öyrədər.
  • Aclıq ayıya darayı oxudar.
  • Aclıq bir il gedər, minnət min il.
  • Aclıq sofiliyi pozar.
  • Aclıq yavanlıq istəməz, yuxu da yastıq.
  • Aclıqda darı çörəyi halvadan şirin olar.
  • Aclıqdan kimsə ölməz, ölən toxluqdan ölər.
  • Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
  • Acı danışan şirin söz eşitməz.
  • Аcın nəyi vаr gicə vеrə.
  • Acını dadmayan şirini bilməz.
  • Acıq gələr göz qaralar, acıq gedər üz qaralar.
  • Acıq gələr üz saralar, acıq gedər üz qaralar.
  • Acıqla iş görən zərərin çəkər.
  • Acıqlı başda ağıl olmaz.
  • Acıqlı dilənçinin torbası boş qalar.
  • Acıqlı qalxan ziyanlı oturar.
  • Acıqnana dövlət yola getməz.
  • Açaram sandığı, tökərəm pambığı.
  • Açıq qaba it dəyər.
  • Açılmamış süfrənin bir eybi var, açılmışın min.
  • Ad adamı bəzəməz, adam adı bəzəyər.
  • Adam adamdı olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu.
  • Adam adamın şeytanıdır.
  • Adam adıyla tanınar.
  • Adam ağzından söz, qazan altından köz.
  • Adam aşını-işini bilməlidir.
  • Adam hər düşməndən bir ağıl öyrənər.
  • Adam min acını udar bir şirinin xatirinə.
  • Adam olana bir söz yetər.
  • Adam olmayan başqalarını adam saymaz.
  • Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
  • Adam paltar ilə tanınmaz.
  • Adam sözdən, uşaq gözdən.
  • Adam var ki, adamların naxşıdı, adam var ki, eşşək ondan yaxşıdı.
  • Adam var ki, adamların naxşıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirərsən can deyər, adam var ki, dindirməsən yaxşıdı.
  • Adam var gözdən qızar, adam var sözdən qızar.
  • Adam yanıla-yanıla öyrənir.
  • Adamı dindir, sonra qiymətini ver.
  • Adamı qılınc öldürməz, tənəli söz öldürər.
  • Adamı söz, kababı köz yandırar.
  • Adamı tanıyan qurd yesin.
  • Adamın adı çıxınca canı çıxsa yaxşıdır.
  • Adamın axır günü gərək xoş olsun.
  • Adamın ayağından çəkən çox olar.
  • Adamın başına nə gəlsə dilindəndir.
  • Adamın dəlisi daşa güc elər, öküzün dəlisi başa.
  • Adamın dinməzindən yaramaz koxa tikdilər.
  • Adamın düşməni – öz dili.
  • Adamın öz əli, öz kisəsi.
  • Adamın üzünə baxarlar, halın xəbər alarlar.
  • Adət qanun deyil, amma qanun qədər hökmü var.
  • Adilin qəzəbindən qorxmaq gərək, zalımın sükutundan.
  • Adı gözəl olanın özü də gözəl olar.
  • Adımı güvəc qoy, amma ocaq üstə qoyma.
  • Adımı sənə qoyum, səni yana-yana qoyum.
  • Adın nədir – Daşdəmir, yumşalısan, yumşalı.
  • Ağ ağca qara gün üçündü.
  • Ağ atla cahil ağaya qulluq eləmə.
  • Ağ divara hansı rəng çəksən tutar.
  • Ağ evi görəndə qara evi yaddan çıxartma.
  • Ağ gün adamı ağardar, qara gün qaraldar.
  • Ağ itin həllaca zərəri var.
  • Ağ köpək, qara köpək, ikisi də köpəkdi
  • Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.
  • Ağ qoyunu görənlər içi dolu yağ sanar.
  • Ağ qoyunun qara quzusu da olar.
  • Ağ parçaya ləkə tez düşər.
  • Ağa ağ deyiblər, qaraya qara.
  • Ağa dediyin nədir, bəyənmədiyin nədir?
  • Ağa ilə bostan əkənin tağı çiynində bitər.
  • Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.
  • Ağac bar verdikcə başını aşağı əyər.
  • Ağıllı bir dəfə aldanar.
  • Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorxma.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər.
  • Ağıllı işinə baxar, axmaq dişinə.
  • Ağıllı kişi qışın qeydinə yayda qalar.
  • Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
  • Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
  • Ağır günün daşı ağır olar.
  • Ağlı olan, qışın qeydinə yayda qalar.
  • Ağzına bax tikə kəs.
  • Axtaran tapar, Yoğuran yapar.
  • Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
  • Аlın təri ucаldаr əri.
  • Allah bir yandan bağlasa, bir yandan açar.
  • Allah verəndə yox yerdən verər.
  • Allah verməyəndə, bəndə neyləsin?
  • Alma öz ağacından uzaq düşməz.
  • Analı qızın işi görünər, anasız qızın dişi.
  • Ananın ərköyün oğlu hambal olar.
  • Anlayan düşmən anlamaz dostdan yaxşıdır.
  • Araq adamı ardan da qoyar, yardan da.
  • Arif olan buluddan da nəm çəkər.
  • Arı yuvasına çöp uzatmazlar.
  • Arıq hara, qoruq hara.
  • Artıq tamah baş yarar.
  • Аrpа olsun, büğdа olsun – təhnə dolu olsun.
  • Arzu niyyətdən doğar.
  • Aslanın nə erkəyi, nə dişisi.
  • Asta gedən yorulmaz.
  • Аş vеrmişəm аşımı vеr, yаş vеrmişəm yаşımı vеr.
  • At oğurlanandan sonra axur nəyə gərək.
  • At olmayan yerdə eşşək də atdır.
  • At ölüb, itlərin bayramıdır.
  • Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər.
  • Atası turşu yemiş, balasının dişi qamaşmış.
  • Atasını tanımayan Allahını da tanımaz.
  • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
  • Atı qamçı aparmaz, arpa aparar.
  • Avara qonaq ev yiyəsini də avara qoyar.
  • Ayağı nərdivana bir-bir qoyarlar.
  • Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz.
  • Az bilmək istəmirsənsə, çox oxu.
  • Az yeyənin azarı da az olar.
  • Az olsun, üz olsun.
  • Az olsun saz olsun.
  • Aza qane olmayan yoxa çatmaz.
  • Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz.

azeri_atasozleri

Yorum Yaz

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yandex.Metrica Flag Counter