Azerbaycan Atasözleri | |

Azerbaycan Atasözleri

  • azerbaycan_atasozleriCahil axırda tula quyruğu xınalar.
  • Cahil dirilərin ölüsüdür.
  • Cahil ilə bal yemə, ahıl ilə daş daşı.
  • Cahildə söz əylənməz.
  • Cahilliqdə bəzənmədim, hayıf mənə, qocalıqda bəzənmişəm, ayıb mənə.
  • Camadarın şahlığı hamamçılıqdır.
  • Camal gedər, Kamal gələr.
  • Came nə qədər böyük olsa, imam yenə bildiyini oxur.
  • Can candan ayrıdır.
  • Can de, can eşit.
  • Can sağlığı dövlətdir, demə, babam, yoxsulam.
  • Can sənin, cəhənnəm Tanrının.
  • Can şirin olur.
  • Can verəndə boz sərçəyə ver, qaranquş gəldi-gedərdi.
  • Can verməyən canana yetməz.
  • Can versən,qardaşa ver, min il keçə yad olmaz.
  • Cana gələn mala gəlsin.
  • Candı çəkər, qandı qaynıyar.
  • Canı ağrıyan eşşək, atdan yeyin gedər.
  • Canı canan yolunda deyən çox olar, qıyan az.
  • Cavan baş bir çanax qandır.
  • Cavan işlər, qoca dişlər.
  • Cavanlıq bir dəfə olar, qocalıq da bir dəfə.
  • Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.
  • Cavanlıq soltanlıqdır, bacarsan saxla.
  • Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.
  • Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz.
  • Cəfa çəkməyən səfa görməz.
  • Cəhrə əyirsən don yiyəsi olarsan.
  • Cücəni payızda sayarlar.
2 YORUM

Yorum Yaz

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Yandex.Metrica Flag Counter